SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Ermənistanda xüsusi təhlükəli xəstəliyə yoluxan səkkiz nəfər xəstəxanaya yerləşdirilib
CƏMİYYƏT 15:06 / 20.08.2019
Ermənistanda səkkiz nəfər xüsusi təhlükəli yoluxucu xəstəliyə - sibir yarasına tutulduqdan sonra xəstəxanaya yerləşdirilib.  

TASS-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

"Martuni şəhərinin (Qeqarkunik vilayəti) xəstəxanasına əllərini yara basmış iki nəfər çatdırılıb. Xəstələr bir neçə gün öncə dana ətinin emalı ilə məşğul olduqlarını bildirib. Səhiyyə işçilərinin Geqovit kəndində keçirdiyi reyd nəticəsində daha altı nəfərdə Sibir yarasının dəri forması aşkar olunub.

Xəstələrin hamısı müayinə və müalicə üçün xəstəxanaya yerləşdirilib", - deyə agentlik Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin bəyanatına istinadən yazır.

Bütün pasiyentlər həkim nəzarətinə götürülüb. Sibir yarası qeydə alınan kənddə həkimlər işləyir.

Sibir yarası - insanda və bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlarda rast gəlinən təhlükəli yoluxucu xəstəlikdir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.