SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Çimərliklərdə ilan qorxusu: su ilanlarıdır, insanlar onları narahat edir
CƏMİYYƏT 16:06 / 21.08.2019

Son vaxtlar çimərliklərdə ilanlara daha çox rast gəlinir. Sosial şəbəkələrdə də Bilgəh və Pirşağı çimərliklərində ilanların görüntüləri yayılıb. Bəzi vətəndaşlar bundan narahat olduqları üçün çimərliklərə getmək istəmirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Oxu.Az-a bildirib ki, müşahidə edilənlər su ilanlarıdır:

"Havaların isti keçməsi ilə əlaqədar, təbii ki, çimərliklərə üz tutanların sayı artıb. İnsanlar daş və qayalıqların çox olduğu ərazilərdə də çimirlər. Həmin qayalıqların çox olduğu çimərlik ərazilərində isə ilanların yuvaları var. İnsanlar həmin yerlərdə suya girərək ilanları bir növ narahat edirlər. Onlar da daha sakit yer axtarmaq üçün səpələnirlər.

Bundan başqa, ilanlar güclü istilərlə əlaqədar olaraq daha sərin yerlər axtarır. Həmin ilanlar heç bir halda insanlara hücum etmir, insan sağlamlığı üçün təhlükəli deyil".

T.İsgəndərov qeyd edib ki, su ilanlarının sancması yalnız allergik reaksiya verər:

"Bu ilanlar qətiyyən zəhərli deyillər. İnsanlar bəzən bu ilanları tutub öldürməyə çalışır. Təbii ki, bu halda ilanlar da sakit dayanmayacaq, özünü müdafiə etməyə çalışacaq. Su ilanının ağzında çürüntü məhsulları olur. Əgər insanı dişləsə, mümkündür ki, allergik reaksiya versin. Amma bu, ciddi və dərin problemlər yaradacaq qədər təhlükəli hal deyil".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.