SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq
CƏMİYYƏT 12:16 / 21.08.2019

Hərbi pilot Rəşad Atakişiyevin təyyarə qəzasının səbəbi "qara qutu"nun açılması və məlumatların oxunmasından sonra məlum olacaq.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında politoloq, mərhum hərbçimizin qayınatası Qabil Hüseynli bildirib.

O qeyd edib ki, R.Atakişiyev peşəkar pilot idi:

"Məlumdur ki, qəzaların böyük əksəriyyətində pilotlar katapult edir. Bildiyiniz kimi, Rəşadın qəzaya uğradığı təyyarə ilə radar və radioəlaqə eyni vaxtda kəsilib. Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönəldiyi təsbit edilib. Hər şeyi aparılan araşdırmaların nəticəsi söyləyəcək.

Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Təyyarə axırıncı dəfə təmir üçün Ukraynanın Lvov şəhərinə göndərildiyi üçün Ukraynadan mütəxəssislər çağırılıb".

Onun sözlərinə görə, "qara qutu" bir qədər zədələndiyi üçün yeni qaba köçürüləcək:

"Məncə, "qara qutu"nun oxunmasında problem olmayacaq".

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin "qara qutu"su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.