SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Müdafiə nazirindən ŞOK İDDİA: Rusiya nüvə silahlarını bu ölkələrə tuşlayıb
CƏMİYYƏT 09:18 / 22.08.2019
Rusiya ABŞ-la qarşıdurma çərçivəsində nüvə arsenalını genişləndirir.

Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Mark Esper "Fox News” telekanalına müsahibəsində bildirib.

O bildirib ki, Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə Müqavilənin uzadılması zamanı Moskvanın hazırladığı bütün yeni silahları nəzərə almaq lazımdır.

"İndi Rusiyada, ehtimal ki, Avropaya tuşlanmış nüvə döyüş başlıqlı qanadlı raketlər var. Bu, pisdir”, - o deyib.

Xatırladaq ki, avqustun 8-də Rusiyanın Sverdlovsk vilayətində hərbi poliqonda partlayış olub. Hadisə nəticəsində Müdafiə Nazirliyinin 2 əməkdaşı, "Rosatom”un isə 5 mütəxəssisi həlak olub. Vaşinqton partlayışdan sonra SNV-3 müqaviləsinin uzadılmasının məqsədəuyğunluğu haqqında bəyanat verib. ABŞ-da hesab edirlər ki, hadisə nüvə mühərrikli hipersəsli qanadlı raketin sınaqları zamanı baş verib. Ancaq ABŞ partlayışın radioaktiv xarakterini hələ birmənalı təsdiq edə bilmirlər.

Lakin Rusiyada yayılan məlumata görə, qəzadan sonra ətraf yaşayış məntəqələrində qamma şüalanmasının dozası 4-16 dəfə artıb.

Xatırladaq ki, SNV-3 2010-cu ildə Rusiya və ABŞ-ın ovaxtkı prezidentləri - Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Müaavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib və müddəti 10 il təşkil edir. Sənədə əsasən, Rusiya və Amerika Birləşmiş Ştatları 7 il müddətində, yəni, 2018-ci il fevralın 5-nə kimi qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərın (SBR) və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümümi sayının 800-dən çox olmayacaq rəqəmə qədər azaltmaq barədə razılığa gəlmişdilər./publika.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.