SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Fatimənin ərindən TƏHLÜKƏLİ hərəkət – Rəqqasə də anbaan lentə aldı – VİDEO
CƏMİYYƏT 10:17 / 22.08.2019

Şou-biznes nümayəndələri təkcə qalmaqalları ilə gündəmə gəlmirlər. Müxtəlif zamanlarda onlar kobud qayda pozuntuları ilə də müzakirələrə səbəb olurlar. Bu dəfə isə rəqqasə Fatimənin həyat yoldaşı avtomobillə ciddiqayda pozuntusuna yol verib. Sürücü azyaşlı övladını qucağında otuzduraraq sükanı onun idarə etməsinə icazə verib. Bunu da rəqqasə telefonla çəkərək sosial şəbəkədə paylaşıb. Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi münasibət bildirib.

Azyaşlı uşaq avtomobildə atasının qucağında əyləşərək sükanı idarə edir.

Görütülər sosial şəbəkələrdə və internet portallarında yayılıb. Məlumata görə videonu rəqqasə Fatimə Fətəliyeva çəkərək öz ''instagram'' səhifəsində paylaşıb.

Sözügedən videoda rəqqasənin oğlu Hüseynin sükan arxasındakı atasının qucağında əyləşdiyi görünür. Saatda 50-60 kilometr sürətlə hərəkət edən avtomobilin sükanını azyaşlı uşaq idarə edir.

Bu isə yol hərəkəti qaydalarının pozulması ilə yanaşı, həm də 9 yaşlı uşağın həyatının təhlükəyə atılması deməkdir. Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədov deyir ki, rəqqasə Fatimə Fətəliyevanın həyat yoldaşı bu hərəkəti ilə inzibati xəta törədib.

Bölmə rəsi sürücü barəsində araşdırma aparıldığını da bildirdi. Qeyd edək ki, Fatimə Fətəliyevanın həyat yoldaşına inzibati xətalar məcəlləsinin müvafiq maddəsinəəsasən 3 ball və 60 manat cərimə tətbiq ediləcək.

Məsələ ilə bağlı rəqqasə Fatimə Fətəliyeva ''Xəzər Xəbər''ə bildirdi ki, həmin videonu dəniz sahilində çəkib. Rəqqasə həyat yoldaşının törətdiy inzibati xətanın cəriməsini sabah ödəyəcəyini qeyd etdi.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.