SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət etdi
CƏMİYYƏT 14:50 / 22.08.2019

Avqustun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Publika.azxəbər verir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, Fəxri Xiyabanda Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümü ilə bağlı keçirilən tədbirdə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb.

O, Əbülfəz Elçibəyin xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən siyasət adamı olduğunu deyib: "Onun ideyalarını BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. Əbülfəz Elçibəyin xatirəsi hər zaman əziz tutulacaq və ehtiramla anılacaq. O gün olsun ki, erməni işğalı altında qalan torpaqlarımızı azad edək. Əbülfəz Elçibəyin və şəhidlərimizin ruhu o zaman şad olacaq".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.