SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Bakı polisindən avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə ÇAĞIRIŞ
CƏMİYYƏT 16:50 / 22.08.2019

Son vaxtlar Bakıda bəzi avtomobillərin səsboğucu yerinə əlavə edilən müxtəlif avadanlıqla səslərin süni şəkildə artırılması halları artıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov şəhər sakinləri və sürücüləri narahat edən bu mövzu ilə bağlı bildirib ki, şəhərdə maşınların səsboğucusuna əlavə avadanlıq quraşdırılması halları müşahidə olunur. Dəfələrlə bu barədə təbliğat da aparmışıq. Bu tipli avtomobilləri idarə edən şəxslərlə rəhbərliyin iştirakı ilə görüşlər keçirmişik. Təəssüf ki, bu günə qədər hələ də müxtəlif səslər çıxaran, guruldayan səs sistemlərinin quraşdırıldığı avtomobillər mövcuddur.

Cəmiyyətin hər bir üzvünün bu mövzuda fəal iştirakının vacibliyini vurğulayan V.Əsədov deyib: "Hər kəs bu tip avtomobillərin əleyhinə çıxmalıdır və heç kəs belə tələblərdən inciməməlidir. Bu barədə mütəxəssislərə də müraciət etməliyik ki, elə səsgücləndiricilərdən istifadə etmənin nə qədər zərərli olduğunu insanlara danışsın. Mən də paytaxt sakini kimi elə hallara qarşı olduğumu da demək istəyirəm. Qeyd edim ki, hərəkətin intensiv olduğu yerlərdə belə maşının səsboğucusuna gücləndirici avadanlıq quraşdırılaraq istismar edilməsi yolverilməzdir. Ancaq bəzi avtomobillərdə bəhs etdiyimiz avadanlıq zavod tərəfindən quraşdırılıb. Belə avtomobillər isə gərək idman oyunlarında, bənzəri tədbirlərdə istifadə olunsun”. (Azərtac)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.