SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Paraşüt açılmadı, hərbçi həyatını itirdi
CƏMİYYƏT 14:42 / 24.08.2019
Qazaxıstanın Kapşaqay rayonu yaxınlığında bədbəxt hadisə baş verib.

AZƏRTAC bu ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Kapşaqayın cənub-qərbində hərbçilər Mi-17 helikopterindən tullanmaqla paraşüt hazırlığı təlimləri keçiblər.

Qazaxıstan ordusunun polkovniki Aldınqurov təxminən 200-250 metr yüksəklikdən tullanan zaman paraşütünü açmaq istəyib. Əsas paraşütün açılmadığını görən hərbçi ehtiyat paraşütdən istifadə etmək qərarına gəlib. Lakin onun bütün cəhdləri uğursuzluqla nəticələnib və hərbçi yerə düşərək həyatını itirib.

Nazirliyin yaydığı məlumatda paraşüt hazırlığı təlimlərinin döyüş hazırlığı planına uyğun olaraq keçirildiyi bildirilib.

Qeyd edək ki, Aldınqurov xidməti dövründə çətin, hündür, gündüz və gecə şəraitində paraşütlə 100-dən çox uğurlu tullanma həyata keçirib.

Hazırda hadisənin səbəbləri araşdırılır. Hərbi qulluqçunun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 453-cü maddəsinin 2-ci hissəsinin "Xidmətdə ağır nəticələrə gətirib çıxara biləcək səhlənkar münasibət” maddəsi ilə cinayət işi başlanıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.