SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Otelin pulunu kim ödəyəcək - Kim Çen In, yoxsa Tramp?
DÜNYA 09:40 / 03.06.2018

Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda otel hesabını ödəyəcək tərəf, hələ ki, müəyyən edilməyib.

ATV.az-ın məlumatına görə, Washington Post xəbər verir ki, onun qalacağı mehmanxanada prezident otağının bir gecəsinin qiyməti 6 min dollardır. Bu hesaba nümayəndə heyətinin hesabı daxil deyil. Bundan başqa, Şimali Koreya tərəfi Pxenyandan Sinqapura uçmaq üçün dövlət təyyarəsi də tələb edə bilər. Məlumata görə, ABŞ bütün xərcləri boynuna götürməyə hazır olsa da, bunu qarşı tərəfə təhqiredici təsir bağışlayacağından ehtiyatlanır. Ona görə də Amerika Sinqapurla şimali koreyalıların hesabını ödəməsinə dair danışıqlar aparır. Belə bir təcrübə artıq olub. Bu il Cənubi Koreyanın Pxençxne şəhərində keçirilən Qış Olimpiya Oyunlarına gedən Şimali Koreya nümayəndə heyətinin xərclərini Seul üzərinə götürmüşdü. Bu, 2 milyon 600 min dollara başa gəlmişdi. Qeyd edək ki, bu il iyunun 12-də Sinqapurda Donald Trampla Kim Çen In arasında ilk tarxi görüş keçiriləcək.

Regioninfo.az
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.