SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Qubanın Çiçi bələdiyyəsi ərazisində baş verən yanğın söndürülüb
CƏMİYYƏT 14:57 / 25.08.2019
Avqustun 24-dən Quba rayonunun Çiçi bələdiyyəsi ərazisində başlayan yanğın söndürülüb.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 15 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində əsasən quru ot və kol-kos yanıb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Xanlar Heybətov qeyd edib ki, çətin relyefli, dağlıq ərazidə baş verən yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti, yerli icra qurumlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri yaxından iştirak ediblər.

Çətin relyefli, dağlıq ərazidə baş verən yanğının söndürülməsi işləri bu gün səhər saatlarında başa çatdırılıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.