SON XƏBƏRLƏR
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
Tramp: Putini növbəti "Böyük yeddilik" sammitinə dəvət edə bilərəm
DÜNYA 15:59 / 25.08.2019
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini növbəti "Böyük yeddilik" sammitinə dəvət edə biləcəyini bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

D. Tramp V. Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə qonaq qismində dəvət edilməsini tamamilə mümkün sayıb. Bununla belə, ABŞ Prezidenti Fransanın Biarritz şəhərində keçirilən "Böyük yeddilik" sammitində Rusiya ilə bağlı müzakirələr zamanı deyib ki, Moskvanın "Böyük yeddilik" formatına qayıdıb-qayıtmayacağını bilmir.

Xatırladaq ki, bundan əvvəl D. Tramp Fransa Prezidenti Emmanuel Makronun V. Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə dəvət edilməsi barədə təklifi ilə razılaşdığını söyləyib. Rusiya Prezidenti isə öz növbəsində deyib ki, Moskva "Böyük yeddilik" ölkələri ilə istənilən əlaqəni faydalı sayır və yenidən "Böyük səkkizlik" formatının formalaşmasını istisna etmir.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.