SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Dünyanın gözü Moskvada: Ərdoğan Putindən bunu tələb edəcək
DÜNYA 18:43 / 27.08.2019
Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparacaq.

İki dövlət başçısı Suriyanın İdlib vilayətində baş verən son prosesləri müzakirə edəcək.

Xatırladaq ki, ötən həftə İdlib ətrafında türk hərbi postuna doğru hərəkət edən konvoy vurulub. Bundan sonra Türkiyə XİN açıqlama yayaraq bu addıma görə Rusiyanın məsuliyyət daşıdığını ifadə edib. Əlavə edilib ki, türk hərbi konvoyunun irəliləyişi haqqında Moskvaya xəbərdarlıq olunmasına rəğmən hücum həyata keçirilib.

Prezident Putin Suriyada yaşanan hadisələr və Əsədə bağlı qüvvələrin İdlibdə böyük əməliyyatlar keçirməsinə belə qiymət verib: "Suriya ordusunun bölgədə terrorla mübarizəsi və bu bölgənin terror hadisələrindən təmizləməsi cəhdlərini dəstəkləyirik”.

Bundan sonra İdlibin cənubunda yerləşən və strateji baxımdan əhəmiyyət daşıyan Xan Şeyhun məntəqəsi Əsəd gücləri tərəfindən geri alınıb. Qeyd edək ki, bu məntəqə Türkiyə tərəfindən dəstəklənən müxalifətin nəzarətində idi. Suriya ordusunun bölgədə irəliləməsi Türkiyənin 9 saylı hərbi müşahidə postunun mühasirəyə alınması ilə nəticələnib.

Ekspertlər hesab edirlər ki, Ərdoğan Moskvadakı görüşdə Putinə son proseslərin Türkiyənin milli təhlükəsizliyi baxımından ciddi təhdid olduğunu çatdıracaq. Əsədin hücumlarının artırması səbəbindən mülki insanların İdlibdən qaçması sürətlənib və son 4 gün içərisində 60 min insan Türkiyə sərhədlərinə doğru irəliləməyə başlayıb.

Bu baxımdan Ərdoğanın görüş zamanı Putinin prosesə müdaxilə edərək Rusiya tərəfindən dəstəklənən hücumların dayandırılmasını tələb edəcəyi ehtimal olunur./Teleqraf.com

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.