SON XƏBƏRLƏR
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
21 Iyun 2019
Regional avtovağzallara pasport verildi - FOTO
İQTİSADİYYAT 14:27 / 03.06.2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Quzanlı, Şamaxı, Sumqayıt avtovağzalları və Gəncə Beynəlxalq Avtovağzalına fəaliyyətlərini qanuni şəkildə davam etdirmək üçün pasport verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr və analitik informasiya şöbəsindən   verilən məlumata görə, xidmət tərəfindən keçirilən toplantıda pasportlar avtovağzal rəhbərlərinə təqdim olunub.

Görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, pasport avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilir.

O qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) fəaliyyət kateqoriyasına uyğun rəsmi pasportu olmalıdır.

Görüş zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və marşrut qrafiki, qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılara qarşı tədbirlərin görülməsi kimi məsələlər də müzakirə olunub.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.