SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Macarıstan Prezidentinin Gürcüstana rəsmi səfəri başlayıb
SİYASƏT 11:02 / 05.09.2019
Macarıstan Prezidenti Yanoş Ader Gürcüstana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın dövlət başçısı Gürcüstanda bir sıra rəsmi görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, regional münaqişələr və təhlükəsizlik, eləcə də bölgədə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri diqqət mərkəzində olacaq.

Gürcüstan Xarici İşlər nazirinin müavini Aleksand Xatisiaşvili jurnalistlərə bildirib ki, bu, Macarıstan Prezidentinin Tbilisiyə ilk səfəridir.

Onun sözlərinə görə, Yanoş Ader Gürcüstanın Tsixinvali və Cənubi Osetiyaya yaxın bölgələrində də olacaq, Avropa Komissiyasının, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların Tbilisidəki nümayəndəliklərinin rəhbərləri ilə görüşəcək.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.