SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Payızda bazarda gözlənilən vəziyyət: meyvə ucuzlaşacaq, tərəvəz isə... - PROQNOZ
CƏMİYYƏT 22:28 / 05.09.2019

Azərbaycanda payız meyvələri həmişə ucuz olur.

Bunu Oxu.Az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli mövsümdən asılı olaraq meyvə-tərəvəzin qiymətinin dəyişməsinə münasibət bildirərkən deyib.

N.Nəsirli qeyd edib ki, payız meyvə mövsümüdür, meyvələrin kütləvi yığımı bu mövsümə təsadüf edir:

"Gec yetişən meyvələr sentyabrın sonunda toplanacaq. Ümumiyyətlə, ölkəmizdə payız meyvələri hər zaman ucuz olur. Qiymətlər əhalinin alıcılıq qabiliyyətinə cavab verir. Alma, şaftalı, gec yetişən gavalı və sitrus meyvələri əsasən bu vaxt toplanır. Bu səbəbdən qiymətlərin xeyli aşağı olması müşahidə edilir".

Ekspert bildirib ki, ilk növbədə, bazarlarda almanın qiyməti ucuz olacaq:

"Hər il bu vaxt almanın ucuzlaşması müşahidə olunur. Son illər alma bağları salındığına görə çeşidlər artıb.

Bu mövsümdə yetişən çəyirdəkli meyvələr - şaftalı və gec yetişən gavalının qiymətinin də aşağı olması gözlənilir. Son illər Azərbaycana yeni şaftalı növləri gətirilib. Artıq həmin sortlar yavaş-yavaş bazara çıxarılır".

O vurğulayıb ki, payızda sitrus meyvələri də ucuzlaşacaq. Limon, portağal, naringi və digər sitrus meyvələri sentyabrın sonu, oktyabrın əvvəllərində yetişəcək.

N.Nəsirli deyib ki, payız mövsümündə tərəvəzlərin ucuzlaşması gözlənilmir:

"Avqustun sonundan başlayaraq istixanalarda şitillərin əkilməsinə başlanılıb. Həmin istixana məhsulları bazara oktyabrın ortalarından çıxarılacaq. Amma bu məhsulların ucuzlaşacağına inanmıram, çünki burada sənaye istehsalı və maya dəyəri məsələləri var.

Tərəvəz məhsullarında ucuzlaşma olmasa da, bazar qiymətinə uyğunluq müşahidə oluna bilər. Bütün məhsulların ucuzlaşacağını gözləmək düzgün deyil, çünki hər məhsulun maya dəyəri var, qiymətlər ondan aşağı salına bilməz. Belə olsa, fermer zərər çəkər".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.