SON XƏBƏRLƏR
17 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Afət Fərmanqızından Sami Yusifin Nəsiminin qəzəlini oxumasına ŞOK REAKSİYA: 1000 manat verin!
CƏMİYYƏT 20:11 / 10.09.2019

Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası böyük əks-səda doğurub.

Sosial şəbəkələrdə bu kompozisiyaya yüksək qiymət verənlər Nəsiminin "Sığmazam” qəzəlini təhrif edib, "Pəncu-şeş” hind mahnısıyla sintez edən Afət Fərmanqızını da "xatırlayıblar”. Sosial şəbəkə istifadəçiləri Fərmanqızının bu kompozisiyadan sonra xəcalət çəkməli olduğunu yazırlar.

İctimai reaksiyalarla bağlı Kult.az-ın sualını cavablandıran Afət Fərmanqızı deyib ki, o, mətbuata ödənişlə - 1000 manat müqabilində açıqlama verir.

Müğənni vurğulayıb ki, bu pulu nağd şəkildə aldıqdan sonra açıqlama verə bilər.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin "Sığmazam” qəzəlini "Pəncu-şeş” hind mahnısı üzərində oxumuş, eyni zamanda, sözlərini də təhrif etmişdi.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.