SON XƏBƏRLƏR
10 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Komitə sədrindən uşaqlarını məscidə aparan valideynlərə MÜRACİƏT
CƏMİYYƏT 19:12 / 10.09.2019

"Azərbaycanda keçirilən dini mərasimlərə insanların gəlişi özlərinin istəyindən asılıdır".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İslama görə məscidlərə gəliş sərbəstdir: "İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqla gəlirsə, bu onların öz seçimidir. Sadəcə olaraq tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar".

Dövlət Komitəsinin sədri əlavə edib ki, "Dini etiqad azadlığı haqqında" qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir: "Dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə məscidə, kilsəyə, o cümlədən sinaqoq və ya digər ibadət yerinə getməsi onun azad seçiminə bağlıdır. Vətəndaş özü müəyyən edir, istəyər gedər, istəyər yox. Azərbaycanda "Dini etiqad azadlığı" haqqında qanun birbaşa vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir". (report)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.