SON XƏBƏRLƏR
17 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Kənd təsərrüfatı üzrə Strateji Yol Xəritəsinin icra vəziyyətinə dair müzakirələr aparılıb - VİDEO
CƏMİYYƏT 10:19 / 11.09.2019
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirə olunub.

Toplantıda icraçı qurumların fəaliyyətinin əlaqələndirilməsi, monitorinq, qiymətləndirmə sahəsində izahat və qarşıda duran tapşırıqların uğurla həyata keçirilməsi məsələlərinə toxunulub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 9 strateji hədəf və 36 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi, maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı, kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişafı, kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi və digər tədbirlərdən ibarət olub.

O deyib ki, ötən illərdə bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb. Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq keçən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu ilin ilk 7 ayında kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,5 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb. Bundan başqa, ölkədə 643 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir. Həmçinin tərəvəz, bostan məhsulları və ayrı-ayrı meyvəçilik sahələri üzrə də məhsuldarlıqda əsaslı artımlara nail olunub. Ümumiyyətlə isə cari ilin yanvar-iyun aylarında yaşıl çay yarpağı istisna olmaqla, ölkədə bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb. Altı ayda 411,8 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27,9 faiz artım deməkdir.

Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Kənd Təsərrüfatı, İqtisadiyyat, Vergilər və Fövqəladə Hallar nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və digər qurumların nümayəndələri iştirak ediblər.

İİTKM-in maliyyə analitiki Ayazi Museyibov mövzu ilə bağlı açıqlama verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.