SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019
Bu qaçqın düşərgəsində terrorçular yetişdirilir - HESABAT
CƏMİYYƏT 10:47 / 12.09.2019

Suriya ərazisində yerləşən Al-Hol qaçqın düşərgəsində vəziyyət dözülməz həddə çatıb. Qida çatışmazlığı və infeksiyalar bu il ərzində həmin düşərgədə 390 uşağın həyatına son qoyub.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat BMT-nin Suriyaya dair ən yeni hesabatında əksini tapıb. Cenevrədə BMT-nin İnsan Haqları Şurası tərəfindən təqdim olunan hesabatda qeyd edilir ki, düşərgədə vəziyyət insan ləyaqətinə yaraşmayacaq dərəcədə acınacaqlıdır.

Xüsusi araşdırma komissiyası tərəfindən hazırlanan və bu ilin ilk yarımilliyini əhatə edən hesabatda Suriyada terrorçulara qoşulmuş əcnəbilərin ailə üzvlərinin vətəndaşı olduqları ölkələrə geri aparılmasında ləngimələr də tənqid olunub. Komissiyanın rəhbəri Paulo Pinyeiro bildirib ki, terrorçu olduqlarına görə vətəndaşlıqdan məhrum edilmiş şəxslərin ailə üzvlərinə arxa çevirmək yolverilməzdir: "Valideynlərin vətəndaşlıqdan məhrum edilməsi onların övladları üçün mənfi nəticələrə səbəb olacaq. Eyni zamanda, uşaqların analarının müşayiəti olmadan vətənlərinə geri gətirilməsi də uşaq maraqları naminə hərəkət etmək prinsipi ilə ziddiyyət təşkil edir”.

Qeyd edilməlidir ki, bir sıra Avropa ölkələrindən Suriyada terrorçu qruplara qoşulmuş şəxslərin (onların arasında kifayət qədər Almaniya və Avstriya vətəndaşları da var) ailə üzvlərinin öz ölkələrinə geri dönməsində bir çox Avropa ölkələri maraqlı deyil. Onlar bununla da həmin ailələrdəki qadın və uşaqları heç bir reabilitasiya proqramına cəlb etmədən radikallaşdırırlar.

Hazırda Suriyanın şimal-şərqində yerləşən bu düşərgədə 70 min qaçqın yaşayır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.