SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019
Hər gün yediyimiz bu qidalar qida borusu və mədə xərçəngi yaradır - ŞOK ARAŞDIRMA
CƏMİYYƏT 12:58 / 12.09.2019

Təndir tüstüsü və kəskin duzlu qidalar xərçəng riskini artırır.

Publika.az xəbər verir ki, bunu SBÜ Van Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Sabahaddin Çelik deyib.

Professorun sözlərinə görə, xəstəxanada son dövrlərdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, təndirdən çıxan tüstü və kəskin duzlu qidalar qida borusu və mədədə xərçəngin yaranma riskini artırır. Buna görə də təndir çörəyi belə mədə və qida borusu xərçənginin risk faktorları arasında yer alır. Professor qeyd edir ki, bu tip xərçəng növünə qadınlarda iki dəfə çox rast gəlinir: "Dünya miqyasında daha çox ağ ciyər, prostat və döş xərçəngi genişmiqyaslı yayılmasına görə ilk sıradadır. Lakin bizim bölgəmizdə mədə və qida borusu xərçəngi daha çox yayılıb. Bu da insanların düzgün qidalanmamasından irəli gəlir.

Sabahaddin Çelik nəzərə çatdırıb ki, bu tip xərçənglərdən qorunmaq üçün qidalanma vərdişlərinə diqqət yetirmək lazımdır: "Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, xərçəng xəstəliklərinin 70%-nin qarşısı alına bilər. Buna görə də insanların həyat tərzləri və qida rasionuna diqqət yetirməsi vacibdir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.