SON XƏBƏRLƏR
15 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Babasının bağında əvvəlcə arılar hücum çəkdi, sonra it dişlədi – FOTO
CƏMİYYƏT 14:56 / 12.09.2019

Məşhur aktrisa Burcu Kara babasının bağında dəhşətli anlar yaşayıb.

Publika.az xəbər verir ki, aktrisa babasının İznikdəki bağında əncir yığarkən gözlənilmədən arıların və itin hücumuna məruz qalıb. O, başına gələnləri belə danışıb:

"Dayım qızı ilə ağacdan əncir toplayırdıq. Əvvəlcə 2-3 arı üstümə qondu, sonra sayları artdı, dayımqızı əli ilə uzaqlaşdırmağa çalışdı. Qorxub qaçanda, 10-dan artıq arı üzərimə qondu. Vahiməyə düşüb ikimiz də ayrı tərəfə qaçdıq. Getdiyim istiqamətdə pətəyi açıq arılar vardı. Odur ki, bir anda hamısı vücudumu bürüdü. Elə bu vaxt qonşunun iti də mənə hücum edib və ayağımı dişlədi. Sürətlə qonşunun evinə sığınıb, dərhal özümü hamama atdım və suyun altına girdim. Üzərimdəki arıları su ilə təmizlədim. Təxminən 15 dənə arı sancdı. Həkim allergiya dərmanı verib. Ertəsi gün göz qapaqlarımdan da arı iynələrini çıxarmışıq".

Aktrisa hazırda səhhətinin yaxşı olduğunu deyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.