SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
17 yaşlı qızı müdiri zorladı, ardınca ailəsi... - Paytaxtda ŞOK OLAY
CƏMİYYƏT 10:02 / 16.09.2019
Türkiyənin paytaxtı Ankara şəhərində tükürpədici hadisə baş verib.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, paytaxtın Gölbaşı rayonunda təcavüzə məruz qalan 17 yaşlı qızı ailəsi öldürmək istəyib.

Məlumata görə, Gölbaşı Təhlükəsizlik Müdirliyinə müraciət edən gənc qız Y.B. yeni iş yerinin sahibi tərəfindən ona spirtli içki verildiyini və huşunu itirdikdən sonra təcavüzə məruz qaldığını söyləyib. O, bu barədə kimsəyə danışmayıb.

Hadisədən xəbər tutmasından sonra isə anası, atası, dayısı və xalası tərəfindən döyüldüyünü və siçan zəhəri içirildiyini iddia edən Y.B. polisdən kömək istəyib. Onun işlədiyi yerin sahibi F.D. (32) həbs olunub. Y.B. yaşının az olması səbəbiylə Gölbaşı Sosial Xidmətlər Müdirliyi tərəfindən himayəyə götürülüb. Qızın ailəsi barəsində isə araşdırma başladılıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.