SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
425 gəncin təhsil haqqı Gənclər Fondu tərəfindən ödəniləcək
CƏMİYYƏT 15:56 / 17.09.2019
Gənclər Fondu ölkə Prezidentinin müvafiq göstərişinə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqənin nəticələrini açıqlayıb.

Gənclər Fondundan verilən xəbərə görə, ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanacaq.

Xatırladaq ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcu Gənclər Fondu tərəfindən qarşılanıb.

Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.