SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
DİN və Baş Prokurorluq dəhşətli qətllə bağlı MƏLUMAT YAYDI
CƏMİYYƏT 19:25 / 17.09.2019

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Lənkəranda törədilmiş qətllə bağlı birgə məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, Lənkəran rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü "isti izlər”lə açılıb.

Belə ki, sentyabrın 14-də 1956-cı il təvəllüdlü Liman şəhər sakini Eyvaz Yusubovun yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin tamah məqsədilə Lənkəran rayonu, Liman şəhər sakinləri-1969-cu il təvəllüdlü Vidadi Hüseynovun, tanışları 1987-ci il təvəllüdlü Vüsalə Mirzəyeva və 1988-ci il Emil Quliyev ilə birlikdə qabaqcadan razılığa gəlməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynov, V.Mirzəyeva və E.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.