SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Prezidentin mitinqində dəhşətli partlayış, çox sayda ölü və yaralı var - DÜNYA ŞOKDA (YENİLƏNDİ)
CƏMİYYƏT 09:13 / 18.09.2019

Pərvan əyalətinin Cəngəl Bağ bölgəsində Əfqanıstan prezidenti Əşrəf Qaninin seçki mitinqi zamanı törədilən və 24 nəfərin ölümünə, 31 nəfərin yaralanmasına səbəb olan hücumu Taliban qruplaşması öz üzərinə götürüb.

Publika.azxəbər verir ki, yaralıların sayının artacağı gözlənilir.

***

12:40

Əfqanıstan prezidenti Əşrəf Qaninin qatıldığı mitinqə bombalı hücum təşkil olunub.

Publika.azxəbər verir ki,səlahiyyətli şəxslər hücumun Pərvan əyalətinin Cəngəl Bağ bölgəsində mitinq üçün toplaşan qələbəliyin arasında gerçəkləşdiyini bildirib.

"Tolo News” kanalının ilkin məlumatına görə, hücum zamanı 24 nəfər həlak olub, 31 yaralı var.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayış Qaninin çıxışına başlayacağı anda baş verib. Hadisə zamanı prezident xəsarət almayıb. Onun komandası mitinqi davam etdirməyə qərar verib.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 28 sentyabr 2019-a təyin edilib. Bundan əvvəl seçkilərin iyulun 20-də keçiriləcəyi planlaşdırılırdı.

Əşrəf Qani 2014-cü ildən bəri Əfqanıstan prezidentidir. Konstitusiyaya görə, dövlət başçısı ikinci müddətə təkrar seçilmək imkanı ilə 5 il müddətinə seçilir.

Zümrüd


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.