SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Məşhur professor cavanlıq sirlərini açıqladı: Hər gün 3 saat bunu etsəniz..
CƏMİYYƏT 11:16 / 18.09.2019

Türkiyənin tanınmış kardioloqu Canan Karatay səhər yeməyində turpla kərə yağı yeməyi məsləhət görüb.

Publika.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, 76 yaşlı məşhur professor yenə də açıqlamaları ilə gündəm yaradıb. Zeytun yağının yüksək kalorili olmasına baxmayaraq, həzm prosesini sürətləndirdiyini deyən Karatay sözlərinə belə davam edib:

"Zeytun yağı əslində yağ deyil. Zeytun meyvəsinin suyudur. Ən sağlam meyvədir. Hər zaman deyirəm ki, zeytun yağı ana südünə bərabərdir. Yeməklərdə mütləq istifadə etməlisiniz. Xüsusilə reanimasiyada və ya xroniki xəstəlikləri olanlar səhər və axşam bir qəhvə əsl zeytun yağı içməlidir. Bu, bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını təmin edir, qanı duruldur, immum sistemini gücləndirir, alzeymerin qarşısını alır, bədəndə yığılan sərbəst radikalları yox edir. İnsult, şəkər xəstəliyi və qaraciyər yağlanmasının qarşısını alır. Kalorinin yüksək olmasına aldanmayın. Kökəltmir, əksinə arıqladır”.

Professor sonra əlavə edib ki, Urfa və Trabnoz kərə yağı zeytundan sonra ən sağlam yağdır:

"Damarları tıxamır.Hərəkət edirəm, kərə və zeytun yağından istifadə edirəm. Artıq soyuqlar düşüb, səhər yeməyində turpa zeytun yağı sürtüb yemək xeyirdir”.

C.Karatay cavanlıq sirlərini də paylaşıb:

"Hər gün 3 saat üzüb günəşlənirəm. Yuxuma çox diqqət edirəm. Bağırsaqları qorumaq çox mühümdür. Sağlam qidalandığım üçün gənc və sağlam görünürəm”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.