SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Kəmaləddin Heydərov Örl Litzenberqerlə görüşdü - FOTO
CƏMİYYƏT 11:25 / 19.09.2019
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, K. Heydərov ilk növbədə səfir Örl Litzenberqeri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib. Nazir həmçinin qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər və nazirliyin fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib. O, Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə hallarla mübarizə sahəsində fəaliyyət göstərən müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini səfirin diqqətinə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir ölkələrimizin fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra nazirliyin Böhranların idarə edilməsi zalına baş çəkən səfir zalın fəaliyyəti ilə yaxından tanış olub.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.