SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Putin Paşinyanla görüşdən imtina etdi
CƏMİYYƏT 13:27 / 19.09.2019

Görünür, Rusiya Prezidenti Vladimir Putin bir neçə saatlıq Ermənistana gedəcək. O, Yerevanda qalmaq niyyətində deyil və yalnız Avrasiya İqtisadi İttifaqının toplantısına qatılacaq. Bundan sonra isə Ermənistanı tərk edəcək. 

Bu barədə Ermənistanın "168 jam” nəşri məlumat verib. 

Qeyd edilib ki, hətta rusiyalı lider rəsmi ziyafətdə iştirak etməyəcək. 

"Ermənistan tərəfi ikitərəfli görüşlə bağlı xahiş etsələr də, Rusiya tərəfi Baş nazir Nikol Paşinyanın bu istəyini rədd edib”, - məlumatda qeyd olunub. 

Xatırladaq ki, oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi İttifaqının toplantısı keçiriləcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.