SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi
CƏMİYYƏT 10:17 / 20.09.2019

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ikinci qızı Sanay Yağmur bacısı Selcanı dəstəkləyib.

O, "Facebook” profilində paylaşdığı postda belə yazıb:

"Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayaraq, bizim "ailə”də şiddət olub”.

Sanay Yağmur statusunu #QadınaŞiddətəSon, #Susma, #MeTooAzerbaijan həştəqlərı ilə yayımlayıb.

Qeyd edək ki, Selcan Yağmur atasından imtina etməsi barədə status dərc edib. Bunu şərh edən Fuad Qəhrəmanlı qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını bildirib.

S.Yağmur buna cavab olaraq, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyib. Daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib.

Bu il avqust ayının 1-də Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qızının anası ilə qalması şərti ilə nikahın pozulmasına dair iddia qaldırıb.

Mülki iş hakim Elman Məmmədov tərəfindən araşdırılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.