SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
DİN-də yeni - TƏYİNATLAR
CƏMİYYƏT 11:13 / 20.09.2019

Bakının bir sıra polis şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.

Oxu.Az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail RPİ-nin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.  

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.