SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Bakıda taksi sürücüsü yol polisinə hücum etdi - VİDEO
CƏMİYYƏT 15:54 / 20.09.2019

Bakıda taksi sürücüsü yol polisinə tabesizlik göstərib. 

Avtosfer.az xəbər verir ki, hadisə Niyazi küçəsi ilə İstiqlaliyyət küçələrinin kəsişməsində baş verib.

Niyazi küçəsindən sola dönmək istəyən 1991-ci il təvəllüdlü Orxan Məmmədli orada xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb. 

Yol polisləri ona sağa hərəkət etməyi göstərsələr də, sürücü təxminən bir dəqiqə ərzində avtomobili ərazidə saxlayıb və polislə mübahisə edib. Sonra isə qəfildən avtomobildən düşərək yol polislərinə hücum edib. YPX əməkdaşı onu sakitləşdirməyə çalışsa da, Orxan Məmmədli müqavimət göstərib. 

Sonda yol polisləri onu kənara çəkərək saxlamağa nail olub. Digər YPX əməkdaşı isə avtomobili təhlükəsiz əraziyə çəkib və sıxlığın qarşısını alıb. 

Sürücü barəsində toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib. 



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.