SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Rusiyalı jurnalist: Rostovda erməni diasporunun fəaliyyətindən narazıyam - VİDEO
CƏMİYYƏT 09:50 / 21.09.2019

Rusiyalı müstəqil jurnalist, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Rusiyanın cənubunda erməni diasporunun fəaliyyətindən narazıdır.

Jurnalist erməni diasporunun bəzi nümayəndələri səbəbindən həyat səviyyəsinin aşağı düşdüyü Rostov vilayətinin taleyindən narahatdır.

"Erməni diasporunun bəzi nümayəndələrinin yalanları erməniləri ötən yüzillikdə məhv olmaqdan xilas edən ölkəyə qarşı hörmətsiz münasibətini üzə çıxarır.

Bundan əlavə, Rusiyanın cənubunda, Rostov vilayətində bizim milli maraqlara zidd olaraq, keçmişdə polis zabiti olmasına baxmayaraq, şərəf və ləyaqətini itirmiş bir şəxsin rəhbər vəzifəyə təyin olunmasına çalışırlar.

İmkanlı erməni sahibkarların maraqlarını müdafiə edən şəxsin vəzifəyə gəlməsi yolverilməzdir, biz buna yol verməməliyik”, - deyə jurnalist öz "Youtube” kanalında deyib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.