SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
13 il əvvəl Moskvada azərbaycanlını öldürmüş gürcü Polşada həbs edildi
CƏMİYYƏT 15:13 / 21.09.2019

13 il əvvəl Moskva məktəblərinin birində azərbaycanlı sinif yoldaşını öldürən gürcü əsilli Rusiya vətəndaşı Polşada həbs olunub.

Oxu.Azxəbər verir ki, Besik Koçalidze 2006-cı ildə məktəbdə idman dərsi zamanı sinif yoldaşının anasını söyüb. Gürcü dilində təhqir etməsinə baxmayaraq, azərbaycanlı onun nə dediyini başa düşüb və tərəflər arasında mübahisə baş verib.

Həmin zaman məktəbin direktoru hər iki yeniyetməni sakitləşdirib barışdırmaq istəsə də, Koçalidze rəqibinə 14 bıçaq zərbəsi vurub, yaralı isə xəstəxanada ölüb.

Bundan sonra atası tərəfindən əvvəlcə Ukraynaya, ordan da Polşaya qaçırılan Koçalidze nəhayət həbs edilib. Hazırda qatilin Rusiyaya ekstradisiyası üçün sənədlər hazırlanır.

Onu Rusiyada 8 ilə qədər həbs cəzası gözləyir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.