SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib-FOTO
CƏMİYYƏT 21:05 / 21.09.2019

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) ərazisində fəaliyyət göstərən Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının növbəti birgə layihəsinin son hazır nümunəsi real ərazi şəraitində istifadə edilib.

YTP-dən FaktXeber.com-a verilən məlumata görə, maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə SETM-in hərbi məmulatı qarşıya qoyulan tələblərə tam cavab verib və texniki parametrlərinə görə potensial döyüş şəraitində istismarı zamanı yüksək nəticələr əldə edilib.

Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən SETM, həmçinin YTP-ın rezidenti "Elm və Texnologiya Parkı” MMC ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının birgə layihələrinin son hazır nümunələrinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.