SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
CƏMİYYƏT 09:09 / 22.09.2019

Müəssisələrin fəaliyyətinin ekoloji normalara uyğunlaşdırılması üçün sənədlərın alınma prosesində şəffaflığın tam təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) görüş keçirilib.

ETSN-nin mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, görüşdə Nazirliyin rəhbər işçiləri, ekoloji normativ sənədləri hazırlayan mütəxəssislər, 20-dən çox aidiyyəti dövlət qurumlarının əməkdaşları, alimlər, qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Vətəndaşların məmnunluğunun təmin olunması ücün ekoloji normativ sənədlərin sayının azaldılması, xüsusi icazə və rəy sisteminin sadələşdirilməsi, bu sənədlərin verilməsinin ASAN xidmət vasitəsilə həyata keçirilməsi məsələləri müzakirə olunub və bu istiqamətdə müvafiq təkliflər dinlənilib.

Müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şəffaf icazə və rəy sisteminin yaradılmasında, vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında, dövlət xidmətlərinin insanlar üçün daha asan və səmərəli təşkil edilməsində maraqlı olduğu diqqətə çatdırılıb və tərəf müqabillərinin bu işdə yaxından iştirak etmələrinin vacibliyi vurğulanıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.