SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Moskva metrosunda həmkarlarına atəş açan polisin daha bir VİDEOSU yayıldı (18+)
CƏMİYYƏT 11:15 / 21.09.2019

Rusiyada Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti Aleksey Smirnovun onu həbs etməyə gəlmiş həmkarlarına atəş açması ilə bağlı yenivideoyayımlanıb. FaktXeber.com-un məlumatına görə kadrlar "Kommersant" tərəfindən paylaşılıb.

Nəşrin yazdığına görə, Daxili Təhlükəsizlik Departamentinin əməkdaşları Maksim Veyalko və Aleksey Limonov, Qırğızıstan vətəndaşından həmkarları Smirnovun kağız dəsmal paketlərində rüşvət aldığı barədə şikayət alırlar. Onlar şahidlərlə birlikdə polis otağına gələrək həmkarlarından hər şeyi ciblərindən çıxartmağı xahiş ediblər.

Kadrlarda Baş leytenant Veyalkonun içərisində gizlədilmiş pulu olan bir paketi ordakılara necə göstərdiyi görünür. Bundan sonra Smirnov gözlənilmədən silahla həmkarına atəş açır. Başqa bir polis əməkdaşı silahı onun əlindən almağa çalışsa da, lakin Smirnov tətiyi çəkir.

Hadisə nəticəsində Veyalko aldığı yaralardan yerindəcə ölür, digər əməkdaş Limonov xəstəxanaya yerləşdirilir.

İstintaq Komitəsi "Hüquq-mühafizə orqanının əməkdaşının həyatına cəhd" maddəsi ilə cinayət işi açıb. Bu cinayətə görə ən çox cəza ömürlük həbsdir. Şübhəli şəxs tutulub.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.