SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Bakıda DƏHŞƏT - damarlarını doğradı, qohumunu öldürdü, sonra intihar etdi
CƏMİYYƏT 12:15 / 23.09.2019
Bakıda dəhşətli qətl hadisəsi baş verib.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, rayonun Bilgəh qəsəbəsi, 28 may küçəsində, küçənin ortasında Abbasov Zakir Akif oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.

Hadisə yerindən 10 metr aralıda yerləşən elektrik transformatorunun kabinəsindən isə daha bir meyit aşkar edilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, kabinədən tapılan meyit Bilgəh qəsəbə sakini, psixi xəstə, 1957-ci il təvəllüdlü Rzayev Sərvər Əlibaba oğluna məxsusdur.

Araşdırmalar zamanı məlum olub ki, S.Rzayev əvvəlcə damarlarını doğrayaraq küçəyə çıxıb, qohumu və qonşusu olan 1977-ci il təvəllüdlü Abbasov Zakir Akif oğlunu bıçaqla qətlə yetirib. Qohumunun öldüyünə əmin olan S. Rzayev yaxınlıqdakı transformator kabinəsinə daxil olaraq yüksək gərginlikli elektrik xəttinə toxunaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.