SON XƏBƏRLƏR
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
21 Iyun 2019
DAHA BİR BANK GÜZƏŞTLİ AQRAR KREDİTLƏR VERƏCƏK
İQTİSADİYYAT 11:05 / 05.06.2018
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin müvəkkil kredit təşkilatları sırasına daha bir bank əlavə olunub. Dövlət Xidməti fermerlərə güzəştli şərtlərlə kredit vermək üçün Rabitəbank Açıq Səhmdar Cəmiyyəti ilə niyyət protokolu imzalayıb. Niyyət protokolunu Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və "Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Orhan Gültekin imzalayıb.

Qeyd edək ki, bu günədək "Azərbaycan Beynəlxalq Bankı” ASC, "Paşa Bank” ASC, "Kapital Bank” ASC, "Turanbank” ASC, "Rabitəbank” ASC, "Aqrarkredit” QSC BOKT, "Finoko” BOKT ASC, "Finans İnvest” BOKT ilə niyyət protokolları imzalanıb. İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti müvəkkil banklar vasitəsilə fermerlərə 10 milyon manatadək məbləğdə kredit verməyi planlaşdırır. Kreditlər vətəndaşlara maksimum 7%-lə veriləcək. Bundan başqa, fermer və sahibkarlardan daşınar əmlakı, təsərrüfatı girov kimi qəbul etmək və başqa yeni girov mexanizmlərinin tətbiqi də diqqətdədir.

regioninfo.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.