SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Elmar Məmmədyarov Hindistanın Xarici İşlər naziri ilə görüşdü -
SİYASƏT 15:46 / 28.09.2019
BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının Xarici İşlər naziri Dr. Subrahmanyam Caişankar ilə görüşüb.

Publika.az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında Hindistanlı həmkarına məlumat verərək, bu layihələrin regional əməkdaşlığa və Şərq-Qərb dəhlizinin inkişafına töhfə verdiyini və yükdaşımaların vaxt və maliyyə baxımından daha effektiv həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını qeyd etdi.

Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Hindistan nümayəndə heyətinin tədbirdə iştirakı məsələləri üzrə fikir mübadiləsi apardılar.

Görüşdə qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri müzakirə edildi.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.