SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Qalmaqal - Baş nazir modelin hesabına 16 milyon dollar köçürdü - FOTO
DÜNYA 09:17 / 03.10.2019

Livanın Baş naziri Saad Həriri tanış olduğu modelin hesabına 16 milyon dollar pul köçürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Nyu-York Times” qəzeti məlumat yayıb.

Qəzet iddia edib ki, "romantik əlaqələr” Həririnin baş nazirlik dönəmdində yaşanıb. Bu hadisənin baş nazirin ölkəsində "fövqəladə iqtisadi durum” elan edəcəyini söylədiyi bir dövrdə baş verməsi xüsusi diqqətə səbəb olub.

2005-ci ildə atası Rafiq Həririnin öldürülməsindən sonra 100 milyonlarla dollarlıq mirasa sahib olan Saad Həririnin Candice van der Merve adlı afrikalı modellə yolu Seyşel adalarında kəsişib.

Qeyd edilir ki, 3 uşaq atası və evli olan Saad Həriri modelin hesabına pulu onun ev alması üçün göndərib. Vergi müfəttişləri gənc qadının hesabına milyonlarla dollar yatırılmasından şübhələnərək, araşdırma aparıb və bu zaman pulun Həririnin hesabından gəldiyi müəyyən edilib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.