SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Mikayıl Müşfiqin aşırılan abidəsinin yerinə yenisi qoyuldu
CƏMİYYƏT 11:42 / 03.10.2019

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin yeni abidəsi qoyulub. 

Qaradağ Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, təqribən 30 il bundan əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qərara alınıb.

Abidənin yenisi ilə əvəz olunması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət olunub və müsbət cavab alınıb. Qaradağ Rayon İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanıb.

Sentyabr ayının 30-da ağ mərmərdən yonulmuş müasir tələblərə cavab verən büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulub. 

Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, Mikayıl Müşfiqin Qaradağ rayonu ərazisindəki büstü traktorla aşırılıb. Həmin görüntülər sosial şəbəkədə narazılığa səbəb olub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.