SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Vyanada ilk selfi muzeyi açılıb - FOTO
SİYASƏT 15:32 / 04.10.2019
Sosial şəbəkələrdə foto paylaşımlarına həvəs göstərənlər üçün Vyana şəhərinin mərkəzində xüsusi selfi muzeyi açılıb.

AZƏRTAC xəbər verir ki, "incəsənəti sosial media ilə birləşdirək” devizi altında açılan muzeydə selfi çəkdirmək üçün 24 kulis quraşdırılıb. Gələn ilin mart ayınadək fəaliyyət göstərəcək "nofilter museum” adlanan bu məkan memarlıq təhsili alan iki gənc tərəfindən yaradılıb.

ABŞ və Asiya ölkələrində oxşar muzeylərdən ilhamlanan gənc memarlar açılışdan öncə bildiriblər ki, onlar rəngarəng fonlar sayəsində muzeyə gələnlərə estetik özçəkimlər imkanı təqdim etməyə çalışıblar. Həmçinin qeyd edilib ki, muzeyin zirzəmisində quraşdırılmış iki proyektor divarda müxtəlif simvollardan ibarət interaktiv görüntülər yaradır və belə fon qarşısında foto çəkdirənlərin sayı çox olacaq.

Təşkilatçılar həmçinin bildiriblər ki, foto motivləri zaman keçdikcə dəyişəcək, qarşıdan gələn Milad bayramı ilə əlaqədar Yeni il əhvalına uyğun arxa fonlardan istifadə ediləcək. Yarım ildən sonra muzey Vyanada fəaliyyətini dayandıracaq və Avropa şəhərlərindən birində açılacaq.

© xezerxeber.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.