SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycanda 24 yaşlı oğlan əmisinin arvadını... - MƏHKƏMƏ İŞİ (TƏFƏRRÜAT)
SİYASƏT 21:06 / 04.10.2019

Quba rayonunda qardaşı arvadına qarşı cinayət törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mehman Tağıyevin məhkəməsi başa çatıb.

Teleqraf.comxəbər verir ki, Mehman Tağıyev Quba rayonunun Atuc kəndində yaşadığı evdə qardaşının arvadı Günel Tağıyevanın anasına məxsus qızıl dişləri oğurladığını bəhanə edib və onunla mübahisə edib.

Mübahisə zamanı Mehman Tağıyev əlindəki taxta parçası ilə üç dəfə Günel Tağıyevanın başına vurub. Bununla Günel Tağıyevanın başına əzilmiş-cırılmış yara ilə nəticələnən xəsarət yetirilib.

İstintaq orqanı tərəfindən Mehman Tağıyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib. Quba rayon Məhkəməsinin hökmü ilə Mehman Tağıyev hər ay qazancından 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Günel Tağıyeva apelyasiya şikayəti verib. O, Mehman Tağıyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədli Rzayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Sonda şikayətin təmin edilməməsi barədə qərar elan edilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.