SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Türkiyəyə tələ: ABŞ 1 həftədə kürdlərə 300 TİR silah verdi
SİYASƏT 22:34 / 04.10.2019

ABŞ Suriyada İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı YPG/PKK-ya hərbi dəstəyini davam etdirir.

Terror təşkilatına hərbi və logistik dəstək verən ABŞ son bir həftədə Suriya-İraq sərhəddindənki Simelka məntəqəsindən YPG-yə 300 TIR hərbi ləvazimat göndərib.

YPG/PKK-nın işğalı altında olan bölgələrə göndərilən TIR-larda əsasən, hərbi baza inşasında istifadə edilən beton bloklar, avtomobillər, generatorlar, yanacaq və konteynerlər olub.

Yerli qaynaqlara görə, konternerlərdə əsasən, yüngül və ağır silahlar, hərbi ləvazimatlar, siqnalzasiya və radar qurğuları olub.

Son bir həftə ərzində bura çatdırılan hərbi yüklər eyni zamanda ABŞ-ın hərbi bazalarına paylanılıb.

ABŞ 21 sentyabrda YPG işğalında olan bölgələrə 200TIR yük göndərib. YPG-nin işalı altında olan Ayn İsa və Şədddadi bölgəsinə sentyabrın 9-da 55 TIR yük göndərən ABŞ sentyabrın 4-də terror təşkilatının nəzarətindəki bölgələrə 60 avtomobili yük çatdırmışdı.

Qeyd edək ki, hazırda ABŞ-ın Suriya ərazilərində 18 hərbi bazası mövcuddur. 2015-ci ildən YPG-yə dəstək verən ABŞ-ın Suriyadakı 18 hərbi bazasında 2 minə qədər hərbi personalı fəaliyyət göstərir./Teleqraf.com

© xezerxeber.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.