SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakı Zooparkı bu tarixdən istifadəyə veriləcək - yeni heyvanlar gətiriləcək
SİYASƏT 09:55 / 05.10.2019

Bakı Zooparkında aparılan yenidənqurma işləri davam edir.

Bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, hazırda parkda su və kanalizasiya, eləcə də elektrik sistemi dəyişdirilir:

"Parkda görülən işlər öz axarı ilə davam edir, yeni volyerlər tikilir, şərait yaxşılaşdırılır. Gedişat onu göstərir ki, yeni park növbəti il təhvil verilə bilər. İşlərin bir qədər çox vaxt aparması isə onunla bağlıdır ki, burada hər bir işə xüsusi yanaşma var və müxtəlif qurğular qurularaq təhlükəsizlik qaydalarına çox ciddi riayət edilir. Yekunda çox nümunəvi və köhnə parkdan əsər-əlamət olmayan yeni zoopark sakinlərin istifadəsinə veriləcək”.

A.Hüseynov parka yeni gətiriləcək heyvanlardan da söz açıb:

"Hazırda əvvəlki heyvanların şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Ancaq iki-üç, bəlkə də daha çox növdə yeni heyvanların gətirilməsi gözlənilir”.

Qeyd edək ki, bu ilin əvvəllərindən fəaliyyəti müvəqqəti dayandırılan Bakı Zooparkında yenidənqurma və genişləndirmə işləri aparılır. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq. Heyvanlar isə müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.