SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR
CƏMİYYƏT 14:22 / 05.10.2019

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində geniş islahatlara başlayıb və proses davam edir. Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının tağım komandirlərinin yeri dəyişdirilib, başqa təyinatlar da var.

Alayın 10-cu tağımın komandiri, mayor Qulu Quliyev İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin edilib.

Şəmkir postunun komandiri, mayor Aqil Məmmədov 9-cu tağımın komandiri vəzifəsindən azad olunaraq Qaradağ postunun – 6-cı tağımın komandiri təyin edilib.

Qaradağ postunun komandiri, mayor Vüqar Əsgərov bu vəzifədən azad edilərək Saray postunun – 1-ci tağımın komandiri təyin edilib.

1-ci tağımın komandiri, mayor Ürfət Şükürov 7-ci tağımın - Nəvai postunun komandiri təyin edilib.

Nəvai postunun komandiri, mayor Vüqar Kərimli isə Salyan postunun – 10-cu tağımın komandiri təyin olunub.

İsmayıllı postunun – 4-cü tağımın komandiri, mayor Ağasəlim Nağıyev təqaüdə göndərilib. Onun yerinə Qəbələ rayon DYP-nin rəisi Yusif Səlimov təyin edilib.

Şəmkir postunun komandiri vəzifəsinə 9-cu tağımın baş inspektoru Elnur Zeynalov təyin edilib.

Nazirin daha bir əmri ilə mayor Şahmar Süleymanov Sabirabad postunun komandiri vəzifəsindən azad edilərək 3-cü tağımın - Müşfiq postunun komandiri təyin edilib. (avtosfer.az)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.