SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Prezident İİlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan edildi ki... - Millət vəkili
CƏMİYYƏT 18:12 / 05.10.2019

"Həyat mübarizədir. Siyasət mübarizədir. Dövlət maraqlarının müdafiə edilməsi mübarizədir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi mübarizədir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi "Qarabağ Ermənistandır, nöqtə” sözlərinə cavab olaraq Prezident İlham Əliyevin "Qarabağ əzəli Azərbaycan torpağıdır, nida işarəsi” sözlərinə münasibət bildirən deputat qeyd edib ki, Azərbaycan müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi uğurunda mübarizəsini heç zaman zəiflətməyəcək: "Dövlətimiz və xalqımız lideri Prezident İlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan etdi "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi ".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.