SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Putinin Sibir tayqasındakı istirahəti - VİDEO
CƏMİYYƏT 20:10 / 07.10.2019
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də qeyd edəcəyi ad günü ərəfəsində Sibir tayqasında Müdafiə naziri Sergey Şoyqunun şirkətini ziyarət edib. 

"RİA Novosti” xəbər verir ki, o, tayqadan xatirə olaraq palıd qozası götürüb.

Putin burada təbiətdən zövq alaraq göbələk yığıb. Görüntülərdə prezidentin təbiət sevgisi aydın müşahidə olunur. 

Rusiya liderinin gəzintisi təxminən iki min metr yüksəklikdə baş tutub. Şoyqu Moskvanın da tayqadakı iqlimə və təmiz havaya ehtiyacı olduğunu qeyd edib. "Çalışmalıyıq”, - deyə Putin Şoyqunun fikrini dəstəkləyib.

"Rusiya Prezidenti Vladimir Putin Sibir tayqasına baş çəkdikdən sonra ad gününü ailəsi və dostları ilə birgə keçirəcək”, - deyə prezidentin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi.

Dövlət başçısı bu günü dəfələrlə iş yerində, görüşlər, beynəlxalq sammitlər və xarici ölkələrə rəsmi səfərlərdə qeyd edib. Bəzən Putin yaxınları və dostları ilə birlikdə olmaq üçün özünə istirahət verir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub.




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.