SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycanda yük maşınında nömrə əvəzinə “Unut məni” yazıldı: araşdırma başladı - VİDEO
CƏMİYYƏT 18:11 / 07.10.2019
Azərbaycanda yük maşınının magistralda yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. 

Oxu.Az xəbər verir ki, görüntülərdə yük maşının sürücüsünün dövlət nömrə nişanının üzərini bağlayan, üzərində "Unut məni” sözləri yazılan lövhə asıldığı əks olunub.

Bundan başqa, yük maşının üzərinə normadan artıq yük yığıldığı da diqqətdən yayınmayıb. Bu, digər hərəkət istifadəçiləri üçün təhlükə deməkdir.

Saatda 110 km/sürət həddi qoyulan yolda hərəkət edən yük maşını yol polisi əməkdaşlarının yanından keçsə də, ona fikir verən olmayıb.  

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məsələ ilə bağlı saytımıza açıqlama verib. O bildirib ki, məsələ araşdırılacaq:

"Videogörüntülərə baxış keçirilib. Bu faktla bağlı araşdırma aparılır. Araşdırmanın yekununda məsələyə hüquqi qiymət veriləcək”.










Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.