SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Sərdar Cəlaloğlunun həbsdə olan bacısı oğlu yenidən məhkəmə qarşısında
CƏMİYYƏT 13:13 / 08.10.2019

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Baku news” saytının rəhbəri Mirkənan Seyidov və "infoplyus.tv” saytının rəhbəri Cəlal Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin edilib.

İttiham aktına əsasən, M.Seyidovla C.Məmmədov "Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər.

İstintaq dövründə jurnalistlərin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədov 5 il 3 ay və M.Seyidov isə beş il müddətinə azadlıqdan məhrum edilib. Barələrində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və jurnalistlər məhkəmə zalından həbs olunub. Hökmdən narazı olan məhkumlar apellyasiya şikayəti veriblər. 

Xatırladaq ki, M.Həsənov da qadınları fahişəliyə cəlb etmədə təqsirli bilinərək həbs edilib.

Təqsirləndirilən M.Seyidov ADP sədri Sərdar Cəlaloğlunun bacısı oğludur.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.